AAAF parkda biabırçı olay - Qadın atletlərlə məşqçi arasında gərginlik yaranıb
Dünən AAAF parkda biabırçı hadisə baş verib.
Günpress.az-a daxil olan məlumata görə, ötən ilin yekunu ilə bağlı təşkil olunan tədbir zamanı AAAF Parkın həyətində insident baş verib.
Belə ki, qadınlardan ibarət milli komandanın məşqçisi Təranə Abbasova iki qadın atleti komandadan qovub. Bununla razılaşmayan idmançı qadınlar məşqçi Təranə Abbasovanın üzərinə hücum çəkib. Məşqçiyə hücum edənlərdən biri Elnarə adlı atletdir.
O da bildirilib ki, səsə gələn AAAF üzvləri və AAAF park sakinləri insident tərəflərini ayırıblar. Məşqçidən hadisənin səbəbi ilə bağlı soruşulan AAAF rəsmilərinə iki atletin qeyri-etik hərəkət etməsi və bu səbəbdə komandadan uzaqlaşdırıldığı bildirilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Tərtərin mərmilər yağan sahələrində məhsul yığımı başladı VİDEOREPORTAJ
Azərbaycanda gənc operator qəfil öldü - FOTO
Koronavirusun çimərliklərdə yaratdığı yeni trend - FOTO
Avropa hər gün Putinə 700 800 milyon avro göndərir ki... - SENSASİYA
Bakıda gənc cütlüyün fotosunu yayaraq biabır etdilər
Azərbaycanda sürücülük vəsiqələri dəyişdiriləcək – DYP-dən açıqlama