9 ayda velosipedlə 35 ölkə gəzdi, indi isə Azərbaycandadır - VİDEO
Dünya turuna çıxan turistin Azərbaycan haqqında fikirləri
35-dən çox ölkəni gəzən qazaxıstanlı Talqar Jumabekov, artıq 4-cü dəfədir ki, yolunu Azərbaycandan salır.
Minval.İnfo xəbər verir ki, velosipedlə dünya turuna çıxan Qazaxıstan vətəndaşı Talqa Jumabekov səhər saatlarında Gürcüstandan ölkəmizə keçib.
9 ay müddətinə minlərlə kilometrlərlə yol qət edən turist, bir ölkədə maksimum üç gün qalır. Azərbaycanda isə bir həftə qalacağını deyir. Onun olduğu ölkələr və ölkəmiz haqqında olan təəssüratları isə çox maraqlıdır:
“Mən burada olmaqdan çox razıyam. 9 aydır ölkələr arasında səyahət edirəm. 35 ölkədə olmuşam. 4-cü dəfədir ki, Azərbaycandayam. Sizin xalqı çox sevirəm. İnsanlarınız çox qonaqpərvər və mehribandılar. Hər dəfə buraya gələndə yeni dostlar qazanıram. Polşada, Almaniyada, İspaniyada, Hollandiyada və digər ölkələrdə olmuşam. Azərbaycana isə gəlmədən öncə Türkiyədə və Gürcüstanda oldum. Ötən ildən səfər edirəm. Aprel ayında səfərimin 1 ili tamam olacaq. Hazırda planımda Hindistan, Pakistan, İran, İndoneziya kimi ölkələr var”.
Cümşüd Məmmədov
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Dərmansız qarpızı necə ayırd edək? - Mütəxəssis məsləhəti
Bütün Rusiyada məşhurlaşan azərbaycanlı ailə - REPORTAJ
Moskva Paşinyana tələ qurur
Karantin qaydalarını pozan azərbaycanlı model cərimələndi - VİDEO
“Hyatt Regency Baku” hotelində karantin qaydaları pozuldu - VİDEO
“Şuşa” yarımstansiyasının görüntüləri