80 yaşlı qadına təcavüz etmək istədi - Foto
Türkiyənin Adana şəhərində 6 uşaq və 14 nəvəyə sahib olan 80 yaşlı Fatma Altunözə təcavüz etmək istəyiblər.
“Bizimyol.info”nun “Sabah”a istinadən məlumatına görə, hadisə Altunözün öz evində baş verib.

Belə ki, o, evində namaz qıldıqdan sonra yatmağa gedib. Bir müddət sonra isə üzünə yad bir əlin toxunduğunu hiss edib. Qışqıraraq qonşularını köməyə çagırmasına baxmayaraq, onu eşidən olmayıb. Bunu görən çarəsiz qadın manyakın əlini dişləyib. Buna əsəbləşən şəxs qadını yumruqlayaraq təcavüz etməyə çalışıb. Evin yaxınlığından səslərin gəldiyini eşidən manyak anında evi tərk edib. Hadisə yerinə isə polis əməkdaşları cəlb olunub.
Aparılan araşdırmalar nəticəsində onun 54 yaşlı 2 uşaq atası İ.M olduğu məlum olub. İ.M əvvəlcə sərbəst buraxılsa da, daha sonra “Adana Cumhuriyet Başsavcılığı” onun azadlıqdan məhrum ediləcəyini bildirib.
Qeyd edək ki, hazırda İ.M həbsdədir.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
