“İtirdiklərimiz, tapdıqlarımız oldu. Biz buna öyrəşən insanlarıq. Ulduz olmaq üçün o qədər şeylər itirmişəm ki… Qurbanlar vermişəm. Ona görə də hər il itirib qazanacağıq. İndi bunu başa düşürəm ki, bütün dünyada sağlamlıq olsun. Bir balaca xəstəlik aləmi bir-birinə qatdı. Mən evi, qohumları tanıdım. Başa düşdüm ki, ən gözəl yemək bişirən mənim köməkçim imiş. Evdə əvvələr qonaq otağına ümumiyyətlə keçmirdik. Mətbəx, yataq otağında olurduq. İndi divanda otururam, fərqinə varıram ki, çox rahat imiş”.

Minval.info xəbər verir ki, bu sözləri müğənni Röya Ayxan “MTV özəl” verilişində deyib. Sənətçi oğlu Hüseyn barəsində də danışıb:

“Hüseyn böyüdükcə deyirəm ki, kaş qız dünyaya gətirərdim (gülür). İndi 13 yaşı olur. Öpmək, qucaqlamaq istəyirəm, icazə vermir. Kişi olub mənim üçün”.

Röya şou-biznes əhlindən və dostlarından da bəhs edib:

“Elə bir sevginin içindəyəm ki, haqqım yoxdur burdan getməyə. Arada fikirləşirdim ki, qocalanda oxumayacam, səhnədən gedəcəm. İndi isə deyirəm ki, yox. 70 yaşımda belə çimərlik geyimində klip çəkdirəcəm, səhnəyə çıxacam. Fikirləşirəm ki, bu qədər əziyyəti dondurmaq olmaz. Bu sənət xain olmağı, açığa iş görməyi sevmir. Bu peşədə dürüst olmağı, təşəkkür etməyi bacarmalısan. Hətta əlaqəmiz olan insanlar var ki, paxıldılar. Arada üzümüzə də deyirlər. Dürüstlük indi həyasızlıqla eyniləşdirilir. Guya sözünün düzünü deyir, üzünü çevirib o tərəfinə baxmır. Mən bundan sonra kiməsə dəstək ola bilərəm, ağıl öyrətmək lazım deyil. 2020-ci ildə instaqramda izlədiklərimi sıfırladım. Çünki qarşıma çıxırdı, hamı ağıllı-ağıllı danışırdı. İyrəndim! Başa düşdüm ki, bunları görməsəm, daha yaxşı olacam. Mənim auramı pozdular. Ay bu saçdan məndə də var, sən niyə etmisən? Üzüyümdən Aygün Kazımova da var, taxmayım? Niyə? O qədər ucuz şeylər danışırlar ki… Bir rejissor, bəstəkar hamı ilə çalışa bilər. Gələn nəsil daha ağıllı olsun, hər şey düzələcək. İnstaqramı da sıfırlamaq mənimlə bağlıdır. Tünzalə Ağayeva deyir ki, şəxsi həyatında yenə kim olub ki, biz bada getmişik, hamını çıxarmısan. Elə bilirəm ki, siləndə, hər şey yaxşı olacaq. Xoşlayıram ki, dostlarım uğurlu insanlar olsun. Neqativ, pessimist insanları sevmirəm. Şou-biznesdə elə dostlarım var, çox istəyirəm. Amma iki aydan bir onlarla otururam. Bir də ki, dedi-qodudan uzaq oluram. Aqressiv sənət dostlarıma müraciət edirəm. Ustaları, işçiləri öyrədib bir-birinin üstünə salmayın. Dedi-qodular lazım deyil. Mən danışıb gülürəm, başqasının söhbətini etmirəm”.

Müğənni toy prosesindən də danışıb:

“Toyuma öz dayımı çağırmamışdıq. Şəkillərə baxıram, ana deyirəm ki, altı bacının bir qardaşı var, niyə çağırmamışdız? Cavab verdi ki, birdən istəməzsən. Başım barışıq idi, heç olmaya qohumlarıma ailəm diqqət edərdi. Hətta ən yaxın dostum Zamiq Hüseynovu da toyuma çağırmamışdım. Yadımdan çıxmışdı. Eybi olmaz”.