65 min dollar təqaüd qazanan azərbaycanlı tələbə vəfat etdi - Fotolar
Türkiyənin Bilkent Universitetində təhsil alan azərbaycanlı tələbə İbrahim Abbasov vəfat edib.
“Qafqazinfo”nun məlumatına görə, universitetin Mexanika Mühəndisliyi fakültəsində təhsil alan həmyerlimiz iki gün öncə xəstəliyindən dünyasını dəyişib.
Qeyd edək ki, İbrahim Abbasov kifayət qədər savadlı tələbə olub. O, vaxtı ilə Sabahın Alimləri yarışmasında qızıl medal qazanıb. Bundan başqa, liseyi qızıl medalla bitirib. Həmin il qəbul imtahanında 665 bal toplayaraq ali məktəbə qəbul olub.
2016-cı ildə isə ürkiyənin Bilkent Universitetinə 65,000 dollar (110 min 500 manat) ekvivalentli təqaüd qazanaraq pulsuz təhsil alma şansı qazanıb. 4-cu kursa hazırlaşan İbrahim Abbasov universitetin “Yüksək Şərəf” (High Honor) titullu tələbəsi olub.



Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı