50 il yatıb çıxdı, həbsxanaya qayıtmaq üçün yenə cinayət törətdi
ABŞ-da keçmiş məhbus bilərəkdən cinayət törədib ki, həbsxanaya qayıtsın. 81 yaşlı Robert Frensis Krebs ömrünün 50 ilini dəmir barmaqlıqlar arxasında keçirsə də, oranı yaşamaq üçün daha uyğun yer sayır.
Bizimyol.info xəbər verir ki, Krebs kredit kooperativinə silahla hücum edib, 8400 dollar aparıb. Oteldəki otağına qayıdan Roberti oradaca həbs ediblər. Həbsxanaların daimi sakini etiraf edib ki, məqsədyönlü addım atıb. Yəni cinayəti həbsxanaya qayıtmaq üçün törədib. Üstəlik, ona verilən işsizlər üçün müavinətlə dolana bilmirmiş. Ayda 800 dollar ona çatmırmış.
Vəkilləri iddia edir ki, Krebs Altsheymer xəstəliyindən əziyyət çəkir. Onu müayinə edən neyropsixoloq da Robertin məhkəmə önünə çıxmaq iqtidarında olmadığını bildirib.
Krebs ayrı-ayrı vaxtlarda bank soyğununa görə həbsxanada yatıb. Əvvəlcə 3, sonra 30 il cəza alan Robert axırıncı dəfə 17 il azadlıqdan məhrum olunmuşdu.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı