5 evdən oğurluq edən usta tutuldu - Foto
Qusarda beş fərdi yaşayış evindən müxtəlif növ təmir-tikinti alətləri və elektrik naqilləri oğurlamaqla zərərçəkmişlərə maddi ziyan vuran şəxs saxlanılıb.
DİN Mətbuat Xidmətindən “minval.info”ya verilən məlumata görə, onun Sabirabad rayon sakini Bağır Bağırov olduğu müəyyən edilib.
Araşdırmalarla məlum olub ki, B.Bağırov bir müddət əvvəl Qusar rayonuna usta kimi işləməyə gəlib. Daha sonra isə o, rayon ərazisində beş evə qanunsuz daxil olaraq, həmin evlərdən satmaq niyyəti ilə müxtəlif növ təmir-tikinti alətləri və elektrik naqilləri oğurlayıb.
B.Bağırov tərəfindən oğurlanan əşyaların yerləri polis əməkdaşları tərəfindən müəyyənləşdirilərək, maddi sübut kimi götürülüb.
Qeyd olunan faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, həmin şəxsin başqa cinayət hadisələrində iştirak edib-etməməsi araşdırılır.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Vətən müharibəsi iştirakçısı vəfat edib - FOTO
Rüfət Əhmədzadənin meyiti aşkarlandı
Xaçmazda kanalda 66 yaşlı qadının meyiti tapıldı
FHN: İki nəfər dənizdə batma təhlükəsi ilə üzləşib
Həmin ailənin ölümünə səbəb zəhərli maddə olub? - TƏFƏRRÜAT- FOTO