40 kilometrlik keçilməz dağlıq və meşəlik ərazini piyada qət edən tabor
Tabor komandiri kapitan Aslanov Elmin Vətən müharibəsi başlayan ilk gündən cəbhənin ön xətti olan Füzulidən başlayaraq Şuşaya qədər toboruyla birgə döyüşərək şərəfli yol keçib.
Bu cəsarətli komandir və onun qəhrəman tabor heyəti işğalda olan Şuşa şəhərinə hücum etmək üçün 40 kilometrlik keçilməz dağlıq və meşəlik ərazini piyada qət ediblər. Və bu zaman onlar müxtəlif çaplı minaatanlar və onların sursatı olan mina yeşiklərini öz çiyinlərində daşıyıblar (minaatanın komplektinin təxmini çəkisi – 59 kq, mina yeşiklərinin isə minalarla birlikdə təxmin çəkisi 35 kq-dır).
Hadrut istiqamətindən Şuşa şəhərinə olan hücum əməliyyatının uğuru məhz belə dözümlü və çevik döyüş hissələrinin hesabına olub. Dünya döyüş tarixi kitablarının şərəfli səhifələrinə yazılacaq Şuşa qələbəsini məhz belə fədakar və cəngavər Azərbaycan oğulları yazıb.
Yaşasın Azərbaycan, yaşasın Azərbaycan Ordusu və onun aslan döyüşçüləri.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ağdamdan Kəlbəcərə yeni nəqliyyat xətti formalaşır
Gəncəyə ikinci raket hücumunun altıncı ildönümü
Qarabağ ərazisinin mina təmizləmə prosesi nə vaxt bitəcək
27 Sentyabrın mesajı: 44 günlük müharibə Azərbaycanın taleyini necə dəyişdi
Şəhid anası: Oğlumun ruhu əbədi mənimlədir
Erməni jurnalistin iddiası: Azərbaycanlılar Sisyanda görünür
Çimərliyə gedənlərin nəzərinə



