36 yaşlı kişi ilə nişanlanan 14 yaşlı qızın ailəsindən AÇIQLAMA TƏFƏRRÜAT
Azərbaycanda 14 yaşlı qızı özündən 22 yaş böyük kişi ilə nişanlayıblar.
“Minval.info” Xəzər TV-yə istinadən xəbər verir ki, nişan mərasimi 3 gün əvvəl Lənkəranın istirahət mərkəzlərinin birində keçirilib.
8-ci sinif şagirdi olan qızın nişan şəkilləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Parta arxasında oturub dərs oxuyacaq yaşda olmasına baxmayaraq, həmin uşağın barmağına özündən 22 yaş böyük kişi tərəfindən nişan üzüyü taxılıb.
ƏLAQƏLİ
Sea Breeze yolunda kilometrlərlə tıxac: Sürücülər saatlarla yollarda qaldı — VİDEO
Məsələnin təfərrüatlarını öyrənmək üçün Xəzər TV-nin əməkdaşları həmin qızın yaşadığı Masallı rayonunun Bədəlan kəndində olublar.
8 yaşlı qızın təhsil aldığı məktəbin direktoru Arif Mehdiyev bildirib ki, məsələdən agah olan kimi qızın valideynləri ilə görüşüblər.
Qızın nişanlandığı Rusiya vətəndaşı olan oğlanla da söhbət aparılıb. Ona bu işin məsuliyyəti haqqında məlumat verilib. Həm qız, həm də oğlanın ailəsi təkidlə bildirirlər ki, nikah olmayacaq.
Ailələrdən izahatlar alınıb və məsələ daim nəzarətdə saxlanacaq.
Qeyd edək ki, qızın atası vəfat etdiyi üçün anası ilə birgə babasının evində yaşayır və orta məktəb təhsili almaqla yanaşı, tibbi biliklərə yiyələnmək üçün kursa da gedir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
https://youtu.be/hMpTibPILZk
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çimərliyə gedənlərin nəzərinə
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"