“30 ildir sənətdəyəm, özümü sübut etməyə...” – Vasif Məhərrəmli
Müğənni Vasif Məhərrəmli “İzzət şou” verilişinin qonağı olub.
Minval.info xəbər verir ki, sənətçi onu yekəxana adlandıranlara cavab verib:
“Mən artıq bu haqda danışmaq istəmirəm. Mən 50 yaşı haqlamış adamam. Pis, yaxşı sözümü demişəm. Özümü kiməsə sübut etməyə ehtiyacım yoxdur. Kimsə məni sevirsə, sevəcək. Sevəməyənlərə də canım qurban. Sevməyənlər olmasaydı, Vasif Məhərrəmli olmazdım. 30 ildir sənətdəyəm, daha kimə nə sübut edim”.
Müğənni həmkarı Xatirə İslamdan da danışıb:
“Kişi kimi qadın sözünü sevmirəm. Qadın qadın kimi olmalıdır. Qadın gözəllikdir. Xatirə də güvənilir qadındır. Ona hansı prizmadan yanaşsan, görərsən ki, güvənilir insandır. Onunla dostluq etdiyim üçün çox şadam. Başqası ilə duet oxuyanda şərh yazıram ki, Allah heç xeyir verməsin”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır