3 yaşlı Zəhra tapıldı - Saxlanılan var - Təfərrüat - Foto
Minval.info // Bakıda iki gün əvvəl itkin düşmüş üç yaşlı Zəhra Bağırzadə polisin intensiv axtarışları nəticəsində tapılıb. Onu oğurlayan şəxs tutulub.
“Report”un məlumatına görə, həmin şəxs Masallı rayonundandır və hazırda polis bölməsində saxlanılır.
Zəhranın dayısı Əminağa Hüseynov News24.az-a bildirib ki, Zəhra “Neftçilər” metro stansiyası ərazisindən tapılıb.
Musavat.com yazır ki, azyaşlının öz qohumları Nizami rayonunda yerləşən 8-ci kilometr bazarı ərazisində dilənən zaman tapıblar.
Nitqində nisbətən qüsur olan Zəhra baş verənləri hələlik izah edə bilmir.

Tibbi müayinəyə aparılan Zəhranın öz məhəllələrinə yaxın ərazidə yaşayan qaraçılar tərəfindən qaçırıldığı ehtimal edilir.
Son bir neçə gündə polis şəhərin qaraçılar yaşayan ərazilərində əməliyyat-axtarış işləri aparıb. Biləcəri, Suraxanı, “Vorovski” kimi ərazilərdə kompakt yaşayan qaraçıların evlərinə daxil olaraq, itkin düşən uşağın izlərini axtarmağa cəhd ediblər.
Polislər uşağı atasına təhvil veriblər.
Hazırda hadisənin təfərrüatı öyrənilir.
Oxu: Bakıda 3 yaşlı qız yoxa çıxdı – Uşağın oğurlandığı deyilir

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Prezident Mehman Hüseynovla bağlı tapşırıq verdi - RƏSMİ
Nazirlər Kabineti koronavirusla bağlı əhaliyə müraciət etdi
Gecə klubundakı partlayışda adı keçən şirkət kimindir? - Yeni adlar
Deputat Qənirə Paşayeva maaşını Türkiyənin AFAD qurumuna göndərəcək