19.12.2019 - 14:32
Hadisə
21 baxış
3 nəfərin öldüyü qəza ilə bağlı DİN-dən AÇIQLAMA
Daxili İşlər Nazirliyi (DİN) dekabrın 18-də Yevlaxda baş verən qəza ilə bağlı məlumat yayıb.
DİN-dən Minval.info-ya verilən məlumata görə, dekabrın 18-də saat 18 radələrində Yevlax rayonunun Qaraməmmədli kəndi ərazisində Gəncə şəhər sakini T.Nəbizadənin idarə etdiyi “Hyundai” markalı yük avtomobili ilə Goranboy rayon sakini Elman Musəvinin idarə etdiyi “Mitsubishi” markalı avtomobillər toqquşub. Nəticədə E.Musəvi və sərnişinləri – Goranboy rayon sakini Cəlal Rüstəmov və Yevlax rayon sakini İlqar Namazov hadisə yerində ölüb.
Faktla bağlı Yevlax Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
20.10.2026 - 15:24
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
20.10.2026 - 15:04
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
20.10.2026 - 14:54
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
20.10.2026 - 14:34
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
20.10.2026 - 12:14
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
19.10.2026 - 15:44
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
19.10.2026 - 14:53
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
13.10.2026 - 10:24