"3 ay efirə çıxan qızın 10 sponsoru var" - Nisə Qasımova
Xalq artisti Nisə Qasımova açıqlaması ilə müzakirələrə səbəb olub.
Müğənni “Bakı vaxtı ilə” proqramında qonaq olarkən illər əvvəl yaşadıqlarından söz açıb. O bildirib ki, sənətdə onun yolunu çox kəsiblər:
“Səhnəyə ilk gələndə Bakı bir-birinə dəydi: sarışın qız muğam, təsnif oxuyur. Psixoloji çaxnaşma var idi. Biri dedi, anası ukrayınlıdır, biri dedi almandır. Göylərdə uçan vaxt məni məhv etdilər. O qədər vurdular ki, məni… Utanıram ki, bu yaşda uşaq kimiyəm. Böyümədim… (kövrəlir) Dekabrda dedim ki, mən də küçəyə çıxmaq, insan içində gəzmək istəyirəm. “Tarqovu” deyilən yerdə ürəklə gəzdim”.
Qasımova hazırda iş adamlarının gənc ifaçılara daha çox sponsorluq etməyə can atdıqlarını söyləyib:
“Hər şeyi gizlətməkdən bezdim. Bir məmurla söhbət edirsən ki, verəcəyin konsertin sponsoru olsun, amma başlayır bəhanələr gətirir. Ancaq 3-4 ay efirə çıxan müğənni konsert verir və ona nə qədər sponsor gəlir. Bir gün efirdə anons gedir 10 sponsoru çıxır. ya bunların prodüserləri güclüdür, ya da onlar məndən ağıllıdırlar. Mənim kimi təxrübəli müğənnilər kənarda qalıb. Konsertin texniki tərəflərini həll etmək üçün ən azından sponsora ehtiyacım var”.
Verilişin aparıcısı, müğənni Roza Zərgərlinin “47 ildə Nisə Qasımova səhnədə xoşbəxt idi” sualına müğənni belə cavab verib:
“Heç bir insana xoşbəxtlik doğulandan sona kimi verilmir. Xoşbəxt anlar və məqamlar olur. Verdiyim konsertlərin heç birindən evə xoşbəxt qayıtmamışam. Çoxlu güllər, hədiyələrlə qayıtmışam. İçimdə xalqdan qalan bir yalan oldu. Biri var insan özü yalançıdır, biri var onu vadar edirlər: xoşbəxtəm, Azərbaycan qızıyam. Bu Azərbaycan qızının içində qara qanlar axır. Ona toxunsan, heç bilmirəm, nələr ola bilər. Aldanmışam…”.
Axşam.az
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!