250 ailənin 2 aylıq qida ehtiyacını ödədi
Rusiyada yaşayan müğənni Rəqsanə İsmayılova Moskvada koronavirus səbəbilə qazanc yerini itirən və çətin şəraitə düşən 250 azərbaycanlı ailənin 2 ay müddətinə qida ehtiyacını öz üzərinə götürüb.
Minval.info xəbər verir ki, müğənni hər bir ailəyə bacardığı qayğını göstərəcəyini bildirib:
“Moskvada bütün azərbaycanlılar varlı yaşamır. Bir çoxu gündəlik qazanc əldə edir. Bəziləri də qeyri-rəsmi işləyirlər. İş yerləri bağlandığından onlar indi çətin vəziyyətdədir. Amma narahat olmasınlar. Mən Moskvada onların hər birinə bacı, xala, bibi, ana olacağam. Ehtiyacı olan utanmadan mənə yazsın”.
Qeyd edək ki, müğənni daha öncə Moskvadan Bakıya qayıda bilməyən 8 azərbaycanlını evində qonaq etmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!