23 yaşlı oğlan bacısını qoruyarkən öldürüldü - Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ
Ötən gecə Bakı şəhər Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində baş verən dəhşətli qətl hadisəsinin təfərrüatları üzə çıxıb.
Minval.info-nun Publika.az-a istinadla verdiyi ıxəbərə görə, ilkin araşdırmalar zamanı Ərəsov Müşfiq Etibar oğlunun həyat yoldaşı və qardaşını qısqanclıq zəminində bıçaqlaması məlum olub.
Belə ki, dənizdə işləyən Müşfiq ayın yarı hissəsini işi ilə əlaqədar evində olmurmuş son vaxtlar o, dənizdən evə gələndə həyat yoldaşı, 28 yaşlı Zülfiyyə ilə qısqanclıq zəminində mübahisələr edirmiş. Həyat yoldaşının hərəkətlərindən şübhələndiyini deyən Müşfiq heç bir konkret səbəb gətirmədən evdə dava-dalaş salırmış. Nəhayət, dünən söz-söhbətdən bezən və 2 azyaşlı uşaq anası olan Zülfiyyə evi tərk edərək Yeni Suraxanıda bacısının evinə gəlib. Onun arxasıyca isə Müşfiq bıçaq götürərək baldızının evinə gəlib. Bu zaman evin qarşısında onu qayını 23 yaşlı İsmayılov İbrahim Etibar oğlu qarşılayıb. O, yeznəsinə bacısını öldürməyə imkan verməyəcəyini deyib və həyəti tərk etməsini tələb edib. Əsəblərinə hakim ola bilməyən Müşfiq özü ilə gətirdiyi bıçaqla həm 23 yaşlı qaynını, həm də həyat yoldaşını öldürmək qərarına gəlib. O, bacı və qardaşa çoxsaylı bıçaq zərbələri endirib. Ürək nahiyəsindən ağır xəsarət alan İbrahim hadisə yerində ölüb, Zülfiyyə isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Faktla bağlı Suraxanı rayon Prokurorluğunda cinayət işi açılıb, M.Ərəsov tutularaq istintaqa təhvil verilib.
Araşdırmalar davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
DYP maşınının üzərində pivəylə foto çəkdirən saxlanıldı - Foto
Azərbaycanda 7 ilin gəlini qonşu ilə evdən qaçdı: "Ərini yatağa..." - VİDEO
Kişi satıcı qadını zorlamaq istədi - VİDEO
Azərbaycanlı iş adamının maşını partladı -
Xırdalanda dəhşətli qəza: maşın dilənçini əzib yolun ortasına atdı - VİDEO