2018-ci ildə Azərbaycanda nə qədər şirkət ləğv edilib? - RƏSMİ
2018-ci il ərzində Azərbaycanda 12 min 504 yeni müəssisə və təşkilat yaradılıb, 627-si isə ləğv edilib.
Minval.info Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, 01.01.2019-cu il vəziyyətinə müəssisə və təşkilatların sayı 130 min 323 olub.
2018-ci il ərzində ləğv edilmiş müəssisə və təşkilatların 24,7 faizi “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, 15,3 faizi “Digər sahələrdə xidmətlərin göstərilməsi”, 10,0 faizi “Peşə, elmi və texniki fəaliyyət”, 6,4 faizi “Tikinti”, 6,2 faizi “Emal sənayesi” və 5,4 faizi “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” sahələrinin, qalanları isə digər bölmələrin payına düşür.
Bu dövrdə yeni yaradılmış müəssisə və təşkilatların 31,4 faizi “Digər sahələrdə xidmətlərin göstərilməsi”, 26,9 faizi “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, 6,9 faizi “İnzibati və yardımçı xidmətlərin göstərilməsi”, 6,7 faizi “Tikinti”, 5,7 faizi “Peşə, elmi və texniki fəaliyyət”, 4,5 faizi “Emal sənayesi” sahələrinin, qalanları isə digər bölmələrin payına düşür.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Prezident Şamaxıda yeni yolun açılışında iştirak edib - FOTO
Nazirliklərin və yüksək vəzifələrin yazılış qaydaları dəyişildi - Rəsmi
Dövlət Himnimizin başqa dildə oxunması qadağan edildi
Ali Məhkəmənin sədri: “Jurnalistləri məhkəməyə buraxmamaqla səhv edirlər”
XİN -də keçirilən əməliyyatın VİDEOsunu yaydı