"2000 manata istənilən adam aktyor olur"
“Vağzalı” filmindən nə qonorar almışdımsa, Qubada xərclədim. Çəkilişlər orda getdi, orda da pulu xərclədim. Az idi, bir az narazıçılığım oldu. 3 il əvvəl başımı aldadıb çəkdilər”.
Axşam.az xəbər verir ki, bu sözləri aktyor Elcan Rəsulov “Deməsəm olmaz” verilişinə açıqlamasında deyib. Elcan bildirib ki, həmkarları yaradıcılıqlarına fasilə verməlidir:
“Hər şey adiləşib, yeniliklər etmək lazımdır. Dayanmaq lazımdır. Mən dayandım, həmkarlarda başlayıb. Durub, sıfırdan düşünüb başqa səmtə doğru hərəkət etmək lazımdır. Bu günə kimi gəldiyimiz yol var idi, müəyyən yumor təqdim edirdik. Dünyada hər şey dəyişir, biz də dəyişməliyik. Bütün yayboyu düşünmək, sentyabrda yenilik etmək lazımdır”.
Elcan TikTok-da qazandığı məbləği açıqlayıb: “TikTok-da qazandığımı orada da xərcləyirəm. Başımı qatıram. Günə 50 dollar civarında qazanıram. Həftənin üç-dörd günü girirəm”.
Aktyor əlavə edib ki, hazırda bu sənətə yiyələnmək çox rahat olub: “Komanda inkişaf edirsə, gərək hamı inkişaf etsin. Aktyor, aktrisalar yetişir. Əvvəl aktyor olmaq üçün beşinci, altıncı sinifdən çalışmaq lazım idi. İndi 2 min manata istənilən adam aktyor olur. Bir telefon alır, özünü çəkir, ən pis şey də tutur, baxılır”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda dəbdəbəli toy: Məşhurlar axın etdi!
Orta Anadolu 73 ildən sonra qapılarını bağladı
Fırat Tanış alkoqol asılılığından necə qurtuldu?
İlqarə Kazımovadan arıqlamağın sirri açıqlandı
Aybəniz Haşımova: "34 il sonra şəhid torpağında
Venesiya Film Festivalında "Qızıl Şir" Danimarkaya getdi
Yeraltı serialının yeni mövsümü gəlir!