200 azərbaycanlı terrorçuluğu maliyyələşdirir - RƏSMİ
Azərbaycan Maliyyə Monitorinqi Xidməti BMT-nin Təhlükəsizlik Şurasının İŞİD və “Əl-Qaidə” Sanksiya Komitəsinin 14 oktyabr 2019-cu il tarixli qərarına uyğun olaraq ümumi siyahını yeniləyib.
Oxu.Az-ın xəbərinə görə, siyahı Nazirlər Kabinetinin “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin ümumi siyahısının təsdiq olunması Qaydası”na əsasən hazırlanıb.
Siyahıya 200 azərbaycanlının adı salınıb.
Ümumi siyahı milli qanunvericiliyə, beynəlxalq müqavilələrə uyğun olaraq müəyyən edilmiş fiziki, hüquqi şəxslərin ölkədaxili və beynəlxalq siyahısından ibarətdir.
Maliyyə Monitorinqi Xidməti Mərkəzi Bankın yanında müstəqil struktur vahididir.
Maliyyə Monitorinqi Xidməti cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri həyata keçirir. Habelə müvafiq sahədə siyasətin formalaşmasında iştirak edən orqandır.
Qurum cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin, digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dəstək verir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Media və Yayım Şurası və Səhiyyə Nazirliyi birgə açıqlama yayıb
VACİBİlham Əliyevin Pezeşkianla görüşü keçirildi
Hərbi vəzifəlilərin nəzərinə: qaydalar dəyişdi
Azərbaycanda son 10 ilin ən isti yay fəsli yaşanıb
Cəbrayıla köçən sakinlərin məşğulluğu təmin edilir
Bu il neçə uşaq himayədar ailəyə və övladlığa verilib?
VACİBPrezident YAP-ın VIII Qurultayında - FOTO