"20 Yanvar filmində rol almaq...” - Rüstəm Cəbrayılov
Tanınmış model-aktyor Rüstəm Cəbrayılov rol aldığı xalqımızın qəhrəmanlıq salnaməsi olan 20 Yanvar hadisələri və bu olaylar zamanı şücaət göstərmiş dənizçilərimiz haqqında çəkilən “20 Yanvarda doğulanlar” adlı bədii-sənədli filmdən bəhs edib.
News24.az-a açıqlama verən aktyor qeyd edib ki, baş rollarından birini ifa etdiyi film onun üçün maraqlı təcrübə oldu: “20 Yanvala bağlı filmdə rol almaq məsuliyyət idi. Mən də baş rolu ifa etmişəm, çox peşəkar iş ərsəyə gəlib. Hər şey yüksək səviyyədə baş tutdu. Çəkiliş pandemiyadan öncə başlamışdı, pandemiyaya görə yarımçıq qalmışdı. Biz çəkilişlərdən kiçik bir film hazırladıq. Bəyənilsə, daha geniş versiya çəkiləcək. Filmə hələ özüm də baxmamışam. Baxdıqdan sonra öz rolum haqqında danışa biləcəm. Filmin 19 və 21 yanvarda təqdimatı olacaq. Tamaşaçıların fikri mənə çox maraqlıdır”.
Qeyd edək ki, filmin ssenarisi hadisələrin iştirakçısı olmuş dənizçilərin açıqlamaları və xatirələri əsasında yazılıb. Həmçinin ssenarinin ərsəyə gəlməsində o dövrün araşdırmaçı tarixçiləri, peşəkar ssenaristlər və hərbi ekspertlər də yaxından iştirak ediblər.
Bədii-sənədli filmin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Elxan Cəfərovdur. Ekran işində Rüstəm Cəbrayılov, Rasimə Abbasova və başqaları çəkilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır