2 milyonluq saatı oğurlanan Saleh Məmmədovun oğludur? - Açıqlama
Jurnalist Cavanşir Həsənli İspaniyada 2,2 milyonluq saatı oğurlanan şəxsin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədovun 22 yaşlı oğlu Sübhan Məmmədli olduğu haqda məlumat yayıb.
“Qafqazinfo” yayılan məlumatları dəqiqləşdirmək üçün AAYDA-ya müraciət edib.
Agentlikdən bildirilib ki, bu məlumatların heç bir əsası yoxdur: “Onu yayanlar hardan bildilər ki, bu şəxs Sübhan Məmmədlidir? Tamamilə yalandır, belə bir şey yoxdur, cəfəngiyatdır”.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Xatırladaq ki, “Daily Mail”in yaydığı məlumata görə, 22 yaşlı azərbaycanlı gənc İbiza adasında olarkən naməlum şəxs ona hücum edərək saatını alıb və ona bir-iki zərbə də vurub. Oğurlanan “Richard Mille” markasına aid “50-03 McLaren F1” model saatdan dünyada cəmi 75 ədəddir.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda