1980-ci illərin supermodeli indi küçələrdə yaşayır — FOTOLAR

1980-ci illərin ən məşhur modeli Nastasiya Urbanonun qibtə ediləcək həyatı var idi. Az işləyib milyonlar qazanır, lüks villalarda yaşayır, məşhurlarla dostluq edirdi.
“Ölkə.Az” xəbər verir ki, Urbanonun həyatı uşaqlarının atası ilə tanış olduqdan sonra kökündən dəyişdi.
“Vogue” jurnalının bir neçə dəfə üz qapağına çəkilən Nastasiya indi səfalət içində yaşayır. Urbano o günləri belə xatırlayır:
“Əla bir həyatım var idi. Bir gün Cek Nikolson, növbəti gün Endi Uarhol, Roman Polanski ilə tanış olurdum. Melani Qriffit, Don Conson kimi ulduzlarla birlikdə əylənirdim”.
Amma top modelin həyatı uşaqlarının atası və keçmiş əri ilə tanış olduqdan sonra tamamilə dəyişdi. O, sözün əsl mənasında bir anda sadəcə paltarları ilə küçənin ortasında qaldı:
“O münasibətə aid yeganə gözəl şey övladlarımdır. Aşiq olmuşdum. Hər şeyi mənim pulumla alırdı. Bir gün mənə bahalı maşın almaq istədiyini söylədi və mən sənədi imzaladım. O qədər sevirdim ki, hər şeyi imzalayırdım”.
Modelin bir müddət sonra pulu qurtarır və depresiyaya düşür. Urbano bir müddət sonra ərindən də boşanır. Amma qısa müddət sonra evin kirəsini də ödəyə bilmədiyi üçün küçələrdə yaşamağa başladı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır










