18 yaşında canını Vətənə fəda edən şəhidimiz - VİDEOREPORTAJ
Bu gün hər kəs zəfər tariximizin şanlı səhifələrini yazan qorxmaz, igid Vətən övladları ilə fəxr edir. Onlardan biri də cəbhədə şücaət göstərərək, düşmənə ağır zərbələr endirən tankçı Anar Vəliyevdir. 18 yaşında şəhidlik zirvəsinə ucalan qəhrəman əsgərimiz…
Şəhidin nənəsi Anarın öz istəyi ilə əsgərliyə getdiyini, ağıllı, mədəniyyətli bir gənc olduğunu deyir.
Düşmən qarşısında özünü sipər edən şəhidimizdən bütün ailə üzvləri fəxrlə danışır.
Anarın dayısı, onun həmyaşıdlarından fərqləndiyini, çox vətənpərvər olduğunu deyir.
İllər keçəcək, 44 günlük Vətən Müharibəsi qəhrəmanlarının adı dastana çevriləcək. Kitablar yazılacaq, filmlər çəkiləcək. O adların sırasında kiçik qəlbində böyük vətən sevgisi daşıyan 18 yaşlı nur üzlü şəhid Anar Vəliyev də var.
Daha ətraflı Baku TV-nin videoreportajında:
https://youtu.be/0jWUb6JYazo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ağdamdan Kəlbəcərə yeni nəqliyyat xətti formalaşır
Gəncəyə ikinci raket hücumunun altıncı ildönümü
Qarabağ ərazisinin mina təmizləmə prosesi nə vaxt bitəcək
27 Sentyabrın mesajı: 44 günlük müharibə Azərbaycanın taleyini necə dəyişdi
Şəhid anası: Oğlumun ruhu əbədi mənimlədir
Erməni jurnalistin iddiası: Azərbaycanlılar Sisyanda görünür
Çimərliyə gedənlərin nəzərinə