“18 il efir üzünə həsrət qoymuşdular...”
Aparıcı və aktyor Azər Aydəmir ad çəkməsə də, həmkarı Mətanət Əliverdiyevanı qadına şiddətlə bağlı ifadələrini tənqid edib.
Minval.info xəbər verir ki, o, bu barədə sosial media hesabında yazıb:
“Telekanal niyə reytinq vurğununu, özünəvurğunları işdə saxlayır axı? Məktəblərdəki kimi TV-lərə də psixoloq yerləşdirmək lazımdır ki, aparıcıların psixoloji durumunu hər həftə yoxlasın?”.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
O, daha sonra M.Əliverdiyevanın uzun illər keçmiş ANS ÇM radiosundakı fəaliyyətini nəzərdə tutaraq “18 il bir otaqda saxlamışdılar, efir üzünə həsrət qoymuşdular bir nəfəri… Qardaş bilirdi də neyləyirdi. Niyə bəyənmirsiz axı?” deyə, bildirib.
Qeyd edək ki, M.Əliverdiyeva proqramına qonaq olan müğənni Manaf Ağayevə “Qadın səni hansı həddə çatdırmalıdır ki, ona əl qaldırasan” sualını ünvanlayıb.
Manaf isə “Belə göründüyümə baxma, o vəziyyətə dözən deyiləm. Bir sözə görə baş kəsərəm. Ailəm məni qəşəng tanıyır ki, bu sözü desə, öldürərəm, asıb-kəsərəm. Bir dəfə təzə evlənəndə xanımıma əl qaldırmışam. Gəldim ki, uşaq ağlayır, onda bir dəfə vurmuşam. Üzr istəmədim. O mənə aid deyil” deyə, aparıcıya cavab verib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda
