Toylara sentyabradək qadağa qoyulub? - Açıqlama
Sosial şəbəkələrdə bu ilin sentyabr ayınadək toyların keçirilməsinə qadağa qoyulduğu haqda məlumatlar yayılıb və dünəndən sözügedən mövzu müzakirələrə səbəb olub.
Axşam.az xəbər verir ki, toylarla bağlı məsələyə Nazirlər Kabineti yanında Operativ Qərargahın dünən açıqladığı qaydalarda toxunulub. Belə ki, mayın 18-dən bir çox sahələrdə yumşalmalar olsa da, toy məclislərinin təşkilinə qoyulan qadağa hələ də qüvvədədir.
TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva “Qafqazinfo”ya açıqlamasında bildirib ki, qurumun İdarə Heyətinin sədri Ramin Bayramlının adından toyların sentyabr ayınadək qadağan olunması barədə yayılan məlumat yalandır:
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
“Ramin Bayramlı belə bir açıqlama verməyib”.
Qeyd edək ki, Azərbaycanda xüsusi karantin rejimi mayın 31-dək uzadılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda