17 yaşlı Fatimənin ölümünə səbəb olan avtobus sürücüsünün işi - sərxoş olub
Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Sərxan Səfərovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Qeyd edək ki, hadisə bu ilin avqust ayında Bakının Sabunçu rayonu ərazisində baş verib. Ramana qəsəbəsində 204 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu yolu keçmək istəyən 17 yaşlı Vəliyeva Fatimə Marif qızını vurub. Kəllə-beyin travması və bədənin müxtəlif zədələri diaqnozu ilə xəstəxanaya yerləşdirilən F.Vəliyeva dünyasını dəyişib.
S.Səfərova qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı