16 yaşlı oğlanla yazışan nazir istefa verdi
Şotlandiya Maliyyə Nazirliyinin rəhbəri Derek Makkey sosial şəbəkələrdə 16 yaşlı məktəbli ilə yazışmaları dərc edildikdən sonra istefa verib.
Axşam.az xəbər verir ki, 42 yaşlı rəhbər yarım il ərzində yazışdığı reqbi oyunçusuna ümumilikdə 270 ismarış göndərib.
Derek yazışmalarda məktəblini reqbi matçlarına, parlament tədbirlərinə və şam yeməyinə dəvət edib, həmçinin oğlanı “şirin” adlandırıb.
Nazir onun 16 yaşlı yeniyetmə olduğunu bildiyi halda məktəbli ilə ünsiyyət qurmağa davam edib və Şotlandiya müstəqilliyinin tərəfdarı olub-olmaması ilə maraqlanıb.
Yazışmalar sosial şəbəkələrdə yayıldıqdan sonra nazir oğlandan və ailəsindən üzr istəyib.
Şotlandiyanın Baş Naziri Nikola Sterces Makkeyin istefasını qəbul edib və bəyan edib ki, onun davranışı tələb olunan standartlara uyğun deyil.
Qeyd edək ki, Derek 12 və 15 yaşlı iki oğul atasıdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Lüks brend mağazaları talan edildi, küçələrdə satılır
Fransada komendant saatı etiraz hərəkatını dayandıra bilməyəcək
Fransada xaos davam edir: Le Pen etirazları fürsətə çevirmək istəyir
ABŞ-ın xüsusi elçisi Yəməndə quru müdaxiləsini mənasız adlandırır
Aİ rəsmisi: Süni intellekt kiber təhlükəsizliyi sürətlə dəyişir
Rusiyanın hava hücumları Ukraynada 3 nəfərin ölümünə səbəb oldu