“14 yaşlı qızın uşaq doğmaq vaxtı deyil”
Müğənni Nadir Qafarzadə bu gün yerli mediada yayılan 14 yaşlı qızın ana olma məsələsinə münasibət bildirib.
Minval.info xəbər verir ki, o, bu məsələlərdə günahı valideynlərdə görüb:
“Demokratiyanı və azadlığı ayaq-baş anlayan cahil, avam bəzi “insancıq”lar, bir az telefondan, serialdan, sosial şəbəkələrdən övladınıza vaxt ayırın. Bu uşaqların hər bir hərəkətinə görə vaxt gələcək cavab verəcəksiniz. 12-13 yaşında qız uşağı valideyn məsuliyyətsizliyi ucbatından məhv olur. Günahlar yenə valideyndədir. O qızın kitab-dəftərlə məşğul olan vaxtıdır, uşaq doğmaq yox. Sözüm bir neçə manata qızını satan bəzi valideynlərədir. Cibinizə pul gəlsin deyə, qızlarınızı bədbəxt etməyin. Günahdır, Allah bizi özümüzə qaytarar. Bəziləri üçün qeyrət “qeyri-ət”, mədəniyyət isə “mədə niyyəti” olub”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
