13 yaşlı oğlan elə bir orqanında diş çıxardı ki...
Moskvanın Morozovski uşaq xəstəxanasında tibb elmində nadir görünən hallardan biri qeydə alınıb. Xərçəng şişi şübhəsi ilə xəstəxanaya göndərilmiş 13 yaşlı uşağın xayalığında hiss etdiyi bərk şişin əslində diş olduğu məlum olub. Həkimlərin ümumi rəyinə əsasən bu 7-ci aşağı arxa dişlərdən biri olub.
Yad cismin bədəndən xaric edilməsi üzrə aparılan əməliyyat zamanı uşağın xayasından görünüşünə görə adi dişdən fərqlənməyən diş çıxarılıb. Tibb elmində bu hal teratoma termini ilə tanınır.
Morozovski uşaq xəstəxanasının baş həkimi İqor Koltunovun fikrinə görə, dişin bu şəkildə yerləşməsinə embrion səviyyəsində yaranmış xəstəlik səbəb olub. Yəni anomaliyanın əsası hələ ana bətnində qoyulub.(oxu.az)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kefirin zərərləri: hər kəs üçün uyğun deyilmiş
Arıqlama iynələri dırnaqların qopması riskini artıra bilər
Gənc nəsildə xərçəng halları artacaq
Köhnəlmiş çörək xərçəng riskini artıra bilər
Bu halda isti vanna qəbul etmək olmaz
Kardioloqdan alkoqol istifadəsi ilə bağlı diqqətçəkən xəbərdarlıq
Damar tıxanmasının təhlükələri: Kardioloqdan ciddi xəbərdarlıq