105 yaşlı yapon professor uzun ömürlülüyün sirlərini açıqlayıb
Bir ay öncə yaponiya öz fəxrini, 105 yaşlı professor Dr.Şigeaki Hinoharanı itirdi.
Bütün ömrünü insan sağlamlığı üzrə araşdırmalara adayan professor bu sahədə ən uğurlu mütəxəssislərdən biri olub. Professor ölümündən iki ay öncə isə “JapanTimes”– a maraqlı bir müsahibə vermişdi. Bu müsahibədə professor uzun ömürlülük haqda bir-birindən dəyərli məlumatlar verib.
Minval.İnfo Dr.Hinoharanın uzun ömürlülük haqda həmin məlumatlarını təqdim edir.
ƏLAQƏLİ
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Professor indiyə qədər heç zaman pəhriz də tutmayıb. Bundan başqa, heç vaxt özünü balanslı həyat yaşamağa məcbur etməyib. O, heç yatmaq saatlarını da tənzimləməyib. Hinohara həftədə yeddi günə, günə 18 saat işləyib və onun fikrincə uzunömürlülük xoşbəxtlikdən asılıdır.
O, uzun ömürlü olmaq üçün əsas qaydalar kimi aşağıdakıları sadalayıb.
Enerji özünü yaxşı hiss etməkdən yaranır və özünü yaxşı etmək üçün çox yemək və ya çox yatmaq gərək deyil.
Bədənimizi çoxlu qayda-qanunla yormamalıyıq. Uşaqları misal götürməliyik. Uşaqlar vaxtlarını yaxşı keçirəndə yemək yeməyi və ya yatmağı unuda bilirlər.
Uzun ömürlü olmaq istəyirsənsə artıq çəkili olmamalısan.
Təqaüdə çıxmağa ehtiyac yoxdur. Ancaq təqaüdə çıxmalısınızsa bu yaş 65 olmalıdır. Professorun fikirincə 100 il əvvəl Yaponiyada orta ömür 68 olub və buna görə təqaüd yaşı 65 olmalıdır. Ancaq indi orta ömür yaşı yüksəlib deməli təqaüdə çıxmağa da ehtiyac yoxdur.
Tamerlan
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Telefonlar bizi dinləyirmi? – Mütəxəssislərdən vacib tövsiyələr
Emin Ağalarovun sevinci: “Sea breeze”də i̇lk uşaq doğuldu
Bu bürclər səhv insanlara dəfələrlə aşiq olurlar
Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir
ABŞ-də ChatGPT-yə görə OpenAI məhkəməyə verildi
Alimlərdən SENSASİON KƏŞF: 4500 illik sirri açdılar