100 tələbənin təhsil haqqını ödədi - Özildən "məni bağışlayın" mesajı...
Bir neçə gün əvvəl həyat yoldaşı Aminə Gülşə və qızı Eda ilə Türkiyəyə köçən futbolçu Məsut Özil növbəti xeyriyyə addımı ilə gündəmə gəlib.
Minval.info xəbər verir ki, M.Özil valideynlərini itirmiş 100 tələbənin təhsil haqqını ödəyib. İdmançının bu addımı həyat yoldaşını çox duğulandırıb: “Bu, qızım və mənim üçün çox əhəmiyyətli, dəyərli bir hədiyyə oldu. O, məni xoşbəxt etdi”.
Futbolçunun bu addımı sosial şəbəkə istifadəçiləri tərəfindən də böyük rəğbətlə qarşılanıb. Qeyd edək ki, bir neçə gün əvvəl Məsut Özil İngiltərənin “Arsenal” futbol klubundan “Fənərbağça”ya transfer olunub. Buna qədər “Mən özümü alman hiss edirəm” dediyi və Almaniya millisini seçdiyi üçün tənqid edlən Özil, karyerasının bitmə dönəmində Türkiyəyə döndüyü üçün rəğbət qazanmağa çalışır. Ona bu işdə tanınmış futbol şərhçisi Rıdvan Dilmən də kömək edir. Dini inancını önə çəkərək Türkiyədəki inanclı kəsimdə Özilə qarşı sevgi yaratmağa çalışırlar.
ƏLAQƏLİ
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Hələ ki, bunlarla gündəmə gələn Özilin “Fənərbağça”dakı performansı hamı üçün maraqlıdır. Son 2 mövsümünü passiv keçirən ulduz oyunçunun Türkiyə karyerası hər kəs üçün maraqlıdır.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək
13 yaşlı azarkeş beş il stadionlara buraxılmayacaq