"10 il əvvəl dəlixanada yatmışam" - Kərim ağladı
“Həyatım çox çətin olub. Gülürsən ki, kimsə səni ağlayan görməsin. Ortancıl qardaşım 23 yaşında öldü. Avtomobil qəzası idi, kamazın altına girdi. Maşındakı 4 nəfər ölmüşdü. 2006-cı ildə oldu. Atam onda sağ idi. Bir gecəyə saçları ağardı”.
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Kərim Abbasov “Ay Zaur” verilişində qonaq olarkən deyib. Sənətçi dünyasını dəyişən qardaşından bəhs edərkən göz yaşlarını saxlaya bilməyib.
“Atam bir il əvvəl rəhmətə getdi. İnfarkt keçirmişdi, ürəyinin yarısı paralanmışdı. Ölümünə yaxın da ürəyini müalicə etdirirdik. Elə bilirdik ürəyindəndir. Amma sən demə, böyrəkləri işləmirmiş. Dərdim çoxdur. Amma niyə bildirim ki? Kimə maraqlıdır mənim dərdim?
Sevgi, nəvaziş görmədim. Allah da məni müğənni etdi və xalqın sevgisini verdi”.
Kərim daha sonra başına gələn hadisədən söz açıb:
“10 il bundan əvvəl elə hala düşdüm ki, dəlixanada yatdım. Ağzımı, əlimi bağlamışdılar, gözüm kor olmuşdu”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır