“10 il öncə telefonumu yoldaşıma verə bilmirdim” – Fərda
“Telefon mövzusu çox aktualdır. Hər adam telefonunu açıq şəkildə yoldaşına verə bilmir. 10 il öncə telefonumu rahatlıqla yoldaşıma verə bilmirdim. Amma bu gün böyük məmnuniyyətlə telefonumu xanımıma verə bilirəm”.
News24.az-a açıqlamasında bu sözləri aktyor Fərda Xudaverdiyev deyib. Aktyor yeni filminin çəkilişinin sponsora görə təxirə salındığını da açıqlayıb:
“Yeni bir filmim olmalı idi, ssenari yazıldı. Amma sponsor fikrini dəyişdiyi üçün çəkilmədi. Yayda filmi çəkəcəyik”.
F. Xudaverdiyev həmkarı Elcan Rəsulovun “Dönənlər” filmində gey obrazını canlandırmasına da fikir bildirib: “Elcan gey deyil ki, o obrazı oynayıb. Əsas tamaşaçını inandırmaqdır. Nə qadın, nə gey obrazını oynamaram. Fərqi yoxdur ki, gülməli, yoxsa ağlamalıdır. Hələ ki, stand-uplarla məşğulam. Amma aktyor üçün fərqi yoxdur, rol roldur. Zamanı gəldiyində lazım olsa, mən də oynayram”.
Könül İBRAHİM
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır