10 aylıq körpənin ölümünə görə həkimlər işdən çıxarıldı
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Ağdaş rayon sakini Cavid Ələkbərovun 10 aylıq uşağının ölümü ilə bağlı iddialara cavab verib.
Qurumdan “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Ağdaş rayon sakini 06.09.2018-ci il təvəllüdlü Ələkbərli Türkel Cavid oğlunun ölümü ilə bağlı hadisəni araşdırıb. Araşdırma zamanı Ağdaş rayon Mərkəzi Xəstəxanasında və Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında 07.07-08.07.2019-cu il tarixində gecə növbələrində olan şəxslərin hadisənin təfərrüatları və başvermə səbəbləri haqqında izahatları alınıb.
Hazırda cinayət işi açılıb. Hüquq-mühafizə orqanlarının araşdırma apardığı müddətdə hər iki xəstəxanada hadisə baş verən gün gecə növbəsində olan həkimlər işdən uzaqlaşdırılıb.
Qeyd edək ki, uşağın atası Cavid Ələkbərovun iddiasına görə, uşağın ölümünə Bakıya gətirilməsi üçün təcili tibbi yardım maşınının ayrılmaması səbəb olub. O qeyd edib ki, Türkeli ilk olaraq Ağdaş rayon Mərkəzi Xəstəxanasına aparıb. Lakin orada lazımi tibbi avadanlığın olmadığını bildiriblər, bu səbəbdən həkim ona uşağı Mingəçevirə aparmağı məsləhət bilib. Mingəçevirdə də valideynə eyni sözlər deyilib. Çarəsiz qalan ata uşağı Bakıya aparmaq istəsə də, ona təcili tibbi yardım maşını ayrılmayıb. Bir neçə dəqiqədən sonra isə ataya deyilib ki, aparata qoşulan uşaq artıq keçinib. 

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda fəaliyyət göstərən həkimlərin sayı açıqlandı
72 stomatoloji klinikada nöqsanlar aşkarlandı
Azərbaycanda kütləvi şəkildə yayılan xəstəlik nədir? – AÇIQLAMA
Kardiologiya İnstitutunda nələr baş verir? - Açıqlama
Bakıdakı poliklinikalarla bağlı YENİLİK
Müalicəsi olmayan ölümcül virus yayıldı
Apteklərdə qiymətlər buna görə bahadır