"1 ildir ki, həyat yoldaşıyıq" - Oksana 4-cü dəfə ərə getdi
Süni mayalanma üsulu ilə ana olmağa hazırlaşdığı deyilən rəqqasə Oksana Rəsulova şəxsi həyatı ilə bağlı maraqlı açıqlama verib.
Minval.info xəbər verir ki, o 1 ildir ki, ailə qurduğunu sosial şəbəkədə yazıb. Oksana hamiləliyi barədə isə açıqlama vermək istəməyib:
“Müzakirələrə son qoymaq üçün ilk və son dəfə olaraq mətbuat nümayəndələri vasitəsilə geniş kütləyə, tamşaçılarıma, izləyəcilərimə açıqlama etmək istəyirəm: “Aylardır haqqımda yazılan fikirləri sosial şəbəkələrdən izləyirəm. Səhhətimə zərər verməmək üçün bir müddət izləməməyi qərara aldım. Lakin görürəm ki, susduqca mövzu da çoxalır. Mən illərdir Azərbaycan səhnəsində çalışan, karyeramda uğurlarımı Hindistana qədər aparan bir qadınam. Çoxlarının dediyi kimi, həm də gözəl qadınam. Bunları ona görə qeyd edirəm ki, bir az reallıqları da unutmayaq. Məlumdur ki, şəxsi həyatda istədiyim xoşbəxtliyi əldə edə bilməmişdim. Bu da mənim üçün bir növ həyat dərsi oldu. Hazırda xoşbəxtəm, məni sevən, anlayan insanla artıq 1 ildir ki, həyat yoldaşıyıq. Həyatımda şəxsi olan hər şeyi gizli yaşamağa söz vermişəm. Əminəm ki, sevənlərim mənə haqq qazandıracaq. Məni sevənləri sevirəm, bilirəm ki, nəhayət həyatımda əldə etdiyim xoşbəxtliyə onlar ürəkdən sevinir.
Qaldı ki, ana olmağımla bağlı xəbərlərə, bunun doğru olub-olmadığı zaman içində bilinəcək. Mənə şəxsi həyatla bağlı danışmağı qadağan ediblər, yaradıcılıqla bağlı kimə nə maraqlıdırsa, cavab verməyə hazıram”.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nicat Rəhimov: "Obraz tələb edirsə, qadın geyimi də geyinərəm"
"Kızılcık Şerbeti"nin yeni mövsümünün yayım tarixi açıqlandı
Taleh Yüzbəyovun həyat yoldaşı xəstəxanaya yerləşdirildi
18 yaşlı aktrisa dünyasını dəyişdi
Qriqori Lepsin şirkətlərinin vergi borcu açıqlandı
Mikrofonun işləməməyi Mərdana mane olmadı
Murad Arif yayın hiti “Hoqqa”nı təqdim etdi