“1 ay məşqə gəlib şəkil çəkdirirlər ki...”
Müğənni Zamiq Hüseynov “Foto+” verilişinin qonağı olub. “Qafqazinfo”nun məlumatına görə, sənətçi proqramda qeyd edib ki, həmkarlarından fərqli olaraq musiqidən əlavə qalan vaxtlarının çox hissəsini idman zallarında keçirir. Sənətçi iki ilə yaxındır ki, müntəzəm olaraq fitness ilə məşğul olur:
“İdman mənim həyatımın ayrılmaz bir hissəsidir. İş qrafikimi elə tənzimləyirəm ki, hər gün saat 13:00 – 15:00 kimi məşq edə bilim. İdman etməyəndə özümü çox yorğun hiss edirəm. Səfərə çıxan zamanda baxıram ki, qaldığım mehmanxananın idman zalı olsun. Yaxşı ki, fitnes var. Yoxsa mən daha tez qocalardım. Çalışdığım qədər zərərli vərdişlərdən uzaq dururam. Siqarət çəkmirəm, sipirtli içki isə arada qəbul edirəm. Həmkarlarımın çoxu 1 ay məşqə gəlirlər, şəkil çəkdirirlər ki, trenddən geri qalmasınlar”.
Bu məqamda bildirək ki, Zamiqlə birgə verilişdə həndbolçular Mədinə- Səkinə Musayeva bacıları da iştirak edib.





Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır