Oğlunu vəhşicəsinə döyən ata içki düşkünü imiş, ailənin durumu ağırdır – Video
Gəncədə atası tərəfindən amansızcasına döyülən 14 yaşlı Ruhin Məmmədovun ailəsi acınacaqlı şəraitdə yaşayır.
Oxu.Az xəbər verir ki, yeniyetmənin valideynləri İlham Məmmədov və Narilə Məmmədova rəsmi nikahda olsalar da, ayrı evlərdə yaşayırlar. R.Məmmədov anası və 15 yaşlı bacısı ilə zirzəmi tipli otaqda kirayədə qalır.
47 yaşlı N.Məmmədova restoran və kafelərdə qab-qacaq yuymaqla cüzi məvacib alır, övladlarını çətinliklə dolandırır.
O, ərinin çox vaxt içkili olduğunu və ailə üzvləri ilə sərt davrandığını bildirir. Elə iyunun 3-də oğlunu amansızcasına döyməsi də onun ailəsinə münasibətini göstərir.
Xatırladaq ki, bir müddət əvvəl sosial şəbəkələrdə Gəncədə 14 yaşlı oğlanın atası tərəfindən döyülməsi barədə xəbərlər və yeniyetmənin bədənindəki zərbə izlərini əks etdirən videogörüntü yayılmışdı.
İ.Məmmədov artıq polis orqanları tərəfindən saxlanılıb və barəsində qəsdən sağlamlığa yüngül xəsarət yetirmə maddəsi ilə cinayət işi açılıb.
ƏLAQƏLİ
SON DƏQİQƏMərmərə dənizində dəhşətli qəza: İki gəmi toqquşdu, 10 nəfərlik heyətlə əlaqə kəsildi – FÖVQALƏDƏ ƏMƏLİYYAT
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏPezeşkianın təyyarəsi təcili eniş etdi
Babək prospektində avtomobil yanaraq kül oldu
Antalyada 38 meşə yanğını nəzarətə alındı
Ermənistan-Azərbaycan sərhədində planlı partlayışlar gözlənilir
Şəkidə hotel yanğını: 5 nəfər təxliyə edildi
Bakıda sahibsiz it qadına hücum etdi
