Zurabişvilidən İrəvana mesaj: Separatçılarınızı geri çəkin
Dağlıq Qarabağdan Abxaziya və Cənubi Osetiyaya nümayəndə heyətinin gəlməsi, bu konfliktlərin eyni tipli olmasına dair məsələ qoymaları və hansısa simmetriya axtarmaları bizim üçün çox kədərli və ağrılıdır.
Axar.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Ararat Mirzoyanla görüşü zaman Gürcüstan Prezidenti Salome Zurabişvili deyib.
“Bəlkə də bu konfliktlər bizim birgə fəaliyyətimizi hər şeydən çox məhdudlaşdırır. Siz bilirsiniz ki, Gürcüstanın iki işğal edilmiş ərazisi var və əgər biz ölkənin maraqlarından danışırıqsa, o zaman bizim üçün əsas və yeganə maraq suverenliyimiz və ərazi bütövlüyümüzün faktiki olaraq tanınmasıyla bağlıdır. Dağlıq Qarabağdan Abxaziya və Cənubi Osetiyaya nümayəndə heyətinin gəlməsi, bu konfliktlərin eyni tipli olmasına dair məsələ qoymaları və hansısa simmetriya axtarmaları bizim üçün çox kədərli və ağrılıdır. Biz fikirləşirik ki, ölkələrimizə münasibətdə xoş niyyət yoxdur”, – deyə o bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Monteneqro və Xorvatiya arasında mübahisələr AB üzvlüyünə mane olur
Qrem Aktının dayandırılması: Ukrayna üçün yeni ssenarilər
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı