Zorlanan idmançılara 215 milyon dollar ödəniləcək
ABŞ Gimnastika Federasiyası seksual təcavüzdən zərər çəkən idmançılara təzminat ödəyəcək.
“Qafqazinfo” xəbər verir ki, millinin sabiq həkimi Larri Nassarın qurbanlarına ümumilikdə 215 milyon dollar ödəniləcək.
Federasiya müflis olmaq barədə müraciət edib ki, idmançıların narazılıqlarını tənzimləyə bilsin. Onlara ya sülh yolu ilə anlaşmaq, ya da məhkəmə çəkişməsi təklif olunub.
İdmançılar kompensasiya almağa üstünlük veriblər. “Twistars” sığorta şirkəti onların hərəsinə 2,1 milyon dollar ödəyəcək.
265 qadın gimnast tərəfindən zorlamada ittiham olunan həkimin özü isə 2018-ci ildə 300 il həbs cəzası alıb. Miçiqan dövlət universiteti isə seksual təcavüzə məruz qalanlara 500 milyon dollar ödəməyə razılıq verib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək