"Zirə" daha bir yeni futbolçu ilə anlaşıb
“Zirə” klubu daha bir yeni futbolçu ilə anlaşıb.
Minval.info-nun klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “Qəbələ”dən ayrılan gürcüstanlı hücumçu Davit Volkovla müqavilə bağlanılıb. 24 yaşlı gürcüstanlı forvard 1,5 illik sözləşməyə imza atıb.
Volkov yeni klubunun rəsmi saytına açıqlamasında yaxşı əhval-ruhiyyədə olduğunu bildirib: “Zirə”yə keçdiyimə görə şadam. Yanvardan etibarən yeni komandama uğur qazanması üçün kömək etmək istəyirəm. Fikrimcə, “Zirə” ilə avrokuboklara vəsiqə qazana bilərik. Bu, bizdən asılı olacaq”.
Qeyd edək ki, Davit Volkov daha əvvəl ölkəsinin “Qaqra”, “Dinamo”(Tbilisi), “Çixura”, “Sioni”, “Saburtalo”, Serbiyanın “Zemun” klublarında çıxış edib. Onun sonuncu klubu “Qəbələ” olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək