Zelenskini Sırskini işdən çıxarmağa vadar edən ƏSAS SƏBƏB
Ukraynanın hərbi-siyasi rəhbərliyində son dövrlərin ən böyük və səs-küylü kadr islahatı baş verib. Prezident Volodimir Zelenski Silahlı Qüvvələrin baş komandanı Aleksandr Sırskini rəsmən vəzifəsindən azad edib.
Minval.info xəbər verir ki, Ukrayna mediasının etibarlı rəsmi mənbələrə istinadən yaydığı məlumatlara görə, bu gözlənilməz qərar dövlət başçısının cəmiyyətin rəyinə həssas yanaşdığını və “xalqından qopmadığını” nümayiş etdirmək məqsədi daşıyır. Mənbələr bu addımı ötən il NABU (Milli Korrupsiyaya Qarşı Mübarizə Bürosu) və SAP (Xüsusi Korrupsiyaya Qarşı Prokurorluq) ətrafında yaşanan gərgin hadisələrlə müqayisə ediblər. Həmin dövrdə Avropadan gələn güclü təzyiqlərə baxmayaraq, dövlət başçısı xalqın mövqeyini əsas götürmüşdü.
Anonim mənbələr həmçinin qeyd edirlər ki, son vaxtlar daxili siyasətdə Zelenskini əhalinin və ordunun rəyini yetərincə nəzərə almamaqda təqsirləndirənlərin sayı kəskin artmışdı. Ukrayna lideri məhz Sırskini postundan uzaqlaşdırmaqla özünə qarşı yönələn bütün bu kəskin ittihamları birdəfəlik təkzib etmək və xalqla çiyin-çiyinə olduğunu sübut etmək istəyib.
Artıq yeni baş komandanın təyinatı ilə bağlı hərbçilər və yüksək rütbəli zabitlərlə genişmiqyaslı məsləhətləşmələrə başlanılıb. Ekspertlər bu kadr dəyişikliyinin cəbhədəki hərbi taktikaya və ordu daxilindəki islahatlara necə təsir edəcəyini yaxın günlərdə bəlli olacağını vurğulayırlar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Səudiyyə Ərəbistanında dörd şəhərdə fövqəladə vəziyyət!
Revolut müştəri məlumatları dələduzların hədəfində
İran-Ermənistan arasında yeni gömrük dəhlizi açılır
Kanadadan Aİ-yə assosiativ üzvlük təklifi
İran Hörmüz boğazını açmaq üçün şərt qoydu
İran və Oman Hörmüzdə razılaşdı: Yeni marşrutlar!
Mehdiabadda zibil və su gölməçəsi problemi!