Zelenski ukraynalıları Türkiyədə dincəlməyə çağırdı
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Türkiyə ilə hava nəqliyyatında məhdudiyyətlər tətbiq etməsi fonunda Türkiyəyə turizm axınının artırılmasının tərəfdarı olduğunu bildirib.
Publika.az xəbər verir ki, o, bu barədə özünün feysbuk səhifəsində yerləşdirdiyi videomüraciətində bildirib.
“Ruslar dedilər ki, onlar Rusiya Federasiyasından Türkiyəyə turizmi məhdudlaşdıracaqlar. Yaxşı, bu onların şəxsi işləridir və düşünürəm ki, (turizm axınını-red) artırmalı və Türkiyəni dəstəklədiyimizi göstərməliyik”, – Ukrayna lideri deyib.
Aprelin 12-də Rusiyanın Operativ Qərargahı aprelin 15-dən Türkiyə ilə hava nəqliyyatını dayandırmaq barədə qərar qəbul edib. “Rosturizm”də bildiriblər ki, rusiyalıları Türkiyədən təxliyyə etməyəcəklər, onlar vətənə plan üzrə qayıda biləcəklər.
Rusiya aprelin 15-də Türkiyə ilə uçuşların ləğvi ilə əlaqədar olaraq turizm operatorlarına dəstək üçün əlavə tədbirləri təsdiqlədi.
ƏLAQƏLİ
Türkiyənin müdafiə sənayesindəki hədəfi: 20 milyard dollarlıq yeni müqavilələr
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Aİ rəsmisi: Süni intellekt kiber təhlükəsizliyi sürətlə dəyişir
Rusiyanın hava hücumları Ukraynada 3 nəfərin ölümünə səbəb oldu
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib