Zelenski Trampın elçiləri ilə müharibəni müzakirə etdi
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın xüsusi elçiləri ilə görüş keçirib.
Minval.info xəbər verir ki, danışıqlarda Trampın nümayəndələri Stiv Uitkoff və Cared Kuşner iştirak ediblər.
Məlumata görə, tərəflər Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması üçün diplomatik səylərin yenidən necə aktivləşdirilə biləcəyini müzakirə ediblər.
“Bu gün Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın elçiləri Stiv Uitkoff və Cared Kuşnerlə danışıqlar aparıb. Tərəflər müharibənin başa çatdırılması üzrə diplomatik səylərin necə bərpa olunacağına dair ideyaları müzakirə ediblər”, – məlumatda qeyd olunub.
Zelenskinin müşaviri Dmitri Litvin də görüşlə bağlı yayılan məlumatı təsdiqləyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Monteneqro və Xorvatiya arasında mübahisələr AB üzvlüyünə mane olur
Qrem Aktının dayandırılması: Ukrayna üçün yeni ssenarilər
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı