21.05.2018 - 18:45
Yazarlar 8 baxış

Zaur Bəxşəliyevin məni efirdə ağlatmaq planı

Ayxan Ayvaz

 

“Televizor izləməyin üç buddist yöntəmi var. Mahiyyət etibari ilə hamısı eyni üsuldur, sadəcə olaraq müxtəlif təlim səviyyələrində müxtəlif cür görsənir. İlk öncə sən televizora səsi alınmış formada baxırsan. Təxminən yarım saat, öz sevimli tele-verlişlərinə. Əgər televizorda nə isə vacib və maraqlı bir şeyin deyildiyi ilə əlaqədar fikir ortaya çıxsa, sən həmin an bunu dərk edirsən və onu neytrallaşdırırsan. Əvvəlcə sən özünü itirib səsi qaldıracaqsan, amma vaxt keçdikcə öyrəşəcəksən. Əsas odur ki, özünü saxlaya bilməyəndə günah hissi yaranmasın. Təzə-təzə bu, hamıda belə olur, hətta lamalarda da. Daha sonra sən televizora səsli, lakin görüntüsüz olaraq baxmağa başlayırsan. Ən nəhayət isə sən söndürülmüş televizora baxmağa başlayırsan. Bu ən əsas texnikadır, ilk ikisi isə hazırlıq xarakteri daşıyır. Bütün xəbər verilişlərinə baxırsan, amma televizoru yandırmadan. Çox vacibdir ki, bunu edərkən qamət düz olsun, əlləri isə qarın nahiyəsində mövqeləşdirəsən – sağ bilək aşağıda, sol isə yuxarıda. Bu kişilər üçün idi, qadınlar üçün isə əksinədir. Fikri bir saniyə də olsun yayındırmaq olmaz. Əgər 10 il dalbadal, heç olmasa gündəlik 1 saat belə televizor izləsəniz, televiziyanın təbiətini dərk edə bilərsiniz. Elə başqa şeylərin də həmçinin”.

Müsadirə edilmiş halallıq ƏLAQƏLİ
Bunu da oxu

Müsadirə edilmiş halallıq

10.02.2023 - 12:56

 

Bu sitat məşhur postmodernist rus yazıçısı Viktor Pelevinin “Generation P” əsərindəndir.

 

O, bizə televiziyadan buddist rahib kimi istifadə etməyi önərir.

 

Biz bəzən televiziyadan çox şeylər gözləyirik. İstəyirik ki, televizor ekranı bizə dünyanın sirlərini desin, Kvant fizikası haqqında üzdən təhlillər aparsın.

Avtobusda ağlayan yaşlı qadın ƏLAQƏLİ
Bunu da oxu

Avtobusda ağlayan yaşlı qadın

09.09.2018 - 19:24

 

Mənim bir hekayəm var, hələ yayımlanmayıb. Hekayədə televizor üstündə evdə hakimiyyəti ələ keçirməyə çalışan ailə üzvlərindən bəhs olunur. Ən sonda ata qalib olur və onun istədiyi verilişlərə baxılır.

 

Bəzən biz televizora baxmadan da orda nə baş verdiyini bilə bilərik. Burda çətin bir şey yoxdur. Arif adama bir işarə də bəsdir.

 

Deməli, televizorda kimsə şitlik eləyir, atılıb-düşür, yaxud aparıcı kimisə qabağına alıb danlayır, təhqir edir…

Patoloji problem ƏLAQƏLİ
Bunu da oxu

Patoloji problem

03.11.2020 - 14:17

 

Bütün bunları oturub ciddi-ciddi baxmasan da qulaqdan-qulağa sənə gəlib çatacaq. Bəzən televizora sönmüş vəziyyətdə baxmağı bacarmalısan. Səs onun içindədir. Sənin bir toxunuşuna açılacaq və ordakı səsin görüntüsünü göstərəcək.

 

Müsadirə edilmiş halallıq ƏLAQƏLİ
Bunu da oxu

Müsadirə edilmiş halallıq

10.02.2023 - 12:56

Bizim televiziyaları anlamaq üçün mütləq baxmalısan deyə bir qayda yoxdur. Hamısı çevir-tatı, vur-tatı eyni havanı çalır, sən də qollarını qaldırıb meydana girirsən. İnkubator cücələrini xatırladır televiziyalar.

 

Hər gün eyni xəbərlərlə qarşılaşırıq. Televiziyada filankəs filankəsi aşağılayıb, başqası camaatı ağlatmaq üçün min hoqqadan çıxıb.

 

Ağlamaq demişkən… İlk insan ağlayır…

 

Avtobusda ağlayan yaşlı qadın ƏLAQƏLİ
Bunu da oxu

Avtobusda ağlayan yaşlı qadın

09.09.2018 - 19:24

Məni Zaur Baxşaliyevin verilişinə dəvət etmişdilər. Adını demirəm, eldən ayıbdı. Mövzu: gənc yazıçının faciəli həyatı.

 

Razılaşdım. Axı dünyada faciəsi olan o qədər yazıçı var ki. Bu baxımdan biz bütün yazıçılarla qardaşıq. Və mənimlə onlar arasında elə də fərq yoxdur. Yaxşı mövzu idi.

 

Zaur Baxşaliyevlə də görüşüb söhbətləşdik. Mədəni şəkildə məramımızı bölüşdük bir-birimizlə.

 

Patoloji problem ƏLAQƏLİ
Bunu da oxu

Patoloji problem

03.11.2020 - 14:17

Hər şey qaydasında gedirdi.

 

Ta ki Zaur Baxşaliyevin efirdə məni ağlatmaq istəyi olana qədər.

Müsadirə edilmiş halallıq ƏLAQƏLİ
Bunu da oxu

Müsadirə edilmiş halallıq

10.02.2023 - 12:56

 

Hələ ağlatmaq bir qırağa.

 

Köməkçisi dedi ki, ananızın gəlinliyini və gündəliyini gətirin.

 

Sən demə, qəfil qapılar açılacaq, qardaşım əlində gündəliklə salonun ortasında diz çöküb ağlayacaqmış. Hələ bu harasıdır? Ardınca bacım gəlinliyi göz yaşı ilə isladacaqmış.

Avtobusda ağlayan yaşlı qadın ƏLAQƏLİ
Bunu da oxu

Avtobusda ağlayan yaşlı qadın

09.09.2018 - 19:24

 

Mən də bu acı mənzərəyə baxıb hüznlənəcək, başımı əllərimin arasına alıb hönkürəcəkmişəm.

 

Bütün bunlar az qalsın olacaqdı. Görəcəkdiniz ki, Zaur bir kədərli mahnının fonunda kədərli-kədərli danışıb bizim göz yaşlarımıza dəstək durur.

 

Hələ verilişdə oturan tamaşaçılar da dəsmal götürüb gözlərinin qırağını silir.

Patoloji problem ƏLAQƏLİ
Bunu da oxu

Patoloji problem

03.11.2020 - 14:17

 

Heyf! Zaurun istəyi baş tutmadı. Ona dedim ki, “mənim göz yaşımı görməyəcəksən”.

 

Müsadirə edilmiş halallıq ƏLAQƏLİ
Bunu da oxu

Müsadirə edilmiş halallıq

10.02.2023 - 12:56

Axşam dostumla kafelərin birində oturub dərdləşirdik. Mən bu əhvalatı ona danışdım. Nə desə yaxşıdır?

 

– İndi verilişə getsəydin, məşhurlaşacaqdın. Kitablarını da alacaqdılar.

 

Başımın üstündəki söndürülmüş televizorun səsi əsəblərimə toxundu.

 

Avtobusda ağlayan yaşlı qadın ƏLAQƏLİ
Bunu da oxu

Avtobusda ağlayan yaşlı qadın

09.09.2018 - 19:24

Ofisianta dedim ki, söndür o televizoru.

 

O isə key-key üzümə baxdı.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: