Zaqatalada yol polisi ilə sakinlər arasında qarşıdurma olub, həbs edilən var
Baş Dövlət Yol Polisi İdarəsi Zaqatalada yol polisi əməkdaşları ilə sakinlər arasında baş verən qarşıdurmaya aydınlıq gətirib.
Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev APA-ya açıqlamasında bildirib ki, sosial şəbəkələrdə yayılan buna dair görüntülər araşdırılıb: “Araşdırmalar zamanı məlum oldu ki, həmin hadisə mayın 6-da qeydə alınıb. Yaşayış məntəqəsində yüksək sürətlə hərəkət edən sürücü bir nəfərin ev quşlarını vuraraq öldürüb. Bunu görən DYP əməkdaşları həmin sürücüyə saxla əmri verib. Lakin sürücü yol polisi əməkdaşlarına tabe olmayaraq hərəkətini davam etdirib. Buna baxmayaraq həmin sürücü məcburi qaydada saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, həmin avtomobili idarə edən şəxsin sürücülük hüququ yoxdur. Həmçinin onun etibarnaməsi də olmayıb. Videodan da göründüyü kimi sürücü və onun həyat yoldaşı məsuliyyətdən yayınmaq üçün ajiotaj yaratmağa cəhd ediblər. Buna baxmayaraq polis əməkdaşları şəraitə uyğun hərəkət edərək qanuni tədbir görüb. Həmin şəxslərin hərəkətləri ilə bağlı toplanmış materiallar məhkəməyə göndərilib. Rayon məhkəməsinin qərarı ilə polisə müqavimət göstərən həmin sürücü 10 sutka inzibati həbs cəzası alıb. Hay-küy salaraq ictimai qaydanı pozan qadın isə 50 manat cərimə edilib”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Vətən müharibəsi iştirakçısı vəfat edib - FOTO
Rüfət Əhmədzadənin meyiti aşkarlandı
Xaçmazda kanalda 66 yaşlı qadının meyiti tapıldı
FHN: İki nəfər dənizdə batma təhlükəsi ilə üzləşib
Həmin ailənin ölümünə səbəb zəhərli maddə olub? - TƏFƏRRÜAT- FOTO