Zabratda ilan təhlükəsi: Sakinlər təşviş içində!
Sabunçu rayonunun Zabrat 2 qəsəbəsində, Ruslan Göyüşov küçəsində yaşayan sakinlər son zamanlar həyətlərində ilanların artmasından narahatdırlar. Sakinlərin bildirdiyinə görə, son bir həftə ərzində təxminən 10 evdə ilan aşkarlanıb.
Minval.info xəbər verir ki, sakinlər ilanların artmasını ərazidə kanalizasiya sularının daşması və yağıntıların çox olması ilə əlaqələndirirlər. “Bu il yağıntı çox oldu, bizim məhəllə su altında qaldı. Qonşuların özlərinin inşa etdiyi kanalizasiya xətti suyu aparmağa kifayət etmədi. Ondan sonra həyətlərdə qurbağalar çoxaldı, daha sonra isə ilanlar artmağa başladı. Qonşular deyirlər ki, indiyədək iki gürzə öldürüblər”, – deyə sakinlərdən biri qeyd edib.
Şikayətçilər bildirirlər ki, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət ediblər, amma problemin həlli istiqamətində hər hansı tədbir görülməyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"
Elza Seyidcahan gəlinlərə qayınanaları ilə 2 il yaşamağı arzulayır