Zərdabda toy edənlər saxlanıldı - VİDEO
Zərdab rayonunda elan edilən xüsusi karantin rejimini pozaraq toy edən şəxslər saxlanılıblar.
DİN mətbuat xidmətinin Bərdə regional qrupundan “Minval.info”ya verilən məlumata görə, karantin rejimi ilə bağlı məhdudiyyətlər tətbiq edilməsinə baxmayaraq, bəzi şəxslər tərəfindən nizam-intizamın pozulması hallarına rast gəlinir.
Belə ki, Zərdab rayonun Alıcanlı kəndində 25 nəfərə yaxın şəxs toplaşaraq toy məclisi təşkil edib, bununla da xüsusi karantin qaydalarını kobud şəkildə pozublar.
Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məclisdə iştirak edən 14 nəfər saxlanılıb.
Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokollar tərtib edilərək məhkəmənin qərarı ilə 100 manat miqdarında cərimə ediliblər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Şaurma N1”lə bağlı ifadə verən qazini belə döydülər
11 ildən sonra İLK DƏFƏ - Müdafiə nazirləri bu məsələləri MÜZAKİRƏ ETDİ
Zelenski azərbaycanəsilli komandiri təltif etdi - FOTO
"Manaf Ağayev üzr videosunun çəkilməsini istəmədi" - DİN rəsmisi
Rusiya etiraf etdi: "Moskva" raket kreyseri batıb