Yuxusuzluqdan əziyyət çəkənlərin nəzərinə - Bunu mütləq oxuyun
Yuxusuzluq bir çoxumuzun ən böyük problemlərindən biridir.
Tibbi olaraq insomnia adlandırılan yuxusuzluq problemi əhalinin təxminən 25 faizini əhatə edir.
Psixiatr Bəxtiyar Mustafayev Minval.İnfo-ya açıqlamasında deyib ki, İnsomnia – yuxuya getmədə və ya yuxunu davam etdirməkdə çətinliyin olmasıyla özünü göstərən bir yuxu pozuntusudur:
“İnsanlar arasında rastgəlmə tezliyinə görə, illik 30-45 faiz təşkil edir. İnsomniadan əziyyət çəkən insanların əsas şikayətləri yuxuya getmədə çətinlik, tez oyanma və yenidən təkrar yata bilməməklə bərabər, yatsa belə yuxunu davam elətdirməkdə çətinlik və səhər tezdən oyanmalardır.
Yuxusuzluq davam etmə müddətinə görə, keçici, qısamüddətli və uzunmüddətli olur. Xroniki yuxusuzluqdan əziyyət çəkən insanlar başqalarıyla müqayisədə 2 dəfə daha çox avtoqəzalar yaşayırlar. Normal yuxu ehtiyacını ödəməyib, yuxulu halda avtomobil idarə etmək, içkili halda avtomobil idarə etməklə eynidir”.
Psixiatr həmçinin yuxusuzluğun depressiya, nevrotik pozuntular, keçirilmiş psixoloji travmalar, daimi stressli iş rejimi zamanıda simptomatik olaraq müşahidə oluna biləcəyindən danışıb: “Hər bir halda insomnia müalicə olunandır. Əgər yuxusuzluqdan əziyyət çəkirsinizsə mütəxəssis yardımı almaq mütləqdir”.
Mira
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kefirin zərərləri: hər kəs üçün uyğun deyilmiş
Arıqlama iynələri dırnaqların qopması riskini artıra bilər
Gənc nəsildə xərçəng halları artacaq
Köhnəlmiş çörək xərçəng riskini artıra bilər
Bu halda isti vanna qəbul etmək olmaz
Kardioloqdan alkoqol istifadəsi ilə bağlı diqqətçəkən xəbərdarlıq
Damar tıxanmasının təhlükələri: Kardioloqdan ciddi xəbərdarlıq