"Yuventus" Türkiyə millisinin yarımmüdafiəçisini istəyir
“Milan”ın yarımmüdafiəçisi Hakan Çalhanoğlu “Yuventus”un transfer siyahısına düşüb.
Məlumatı “Tuttosport” yayıb. Milanlılarla olan müqaviləsinin müddəti 2021-ci ilin iyununda bitəcək Hakanla bu qış müqavilənin detallarını razılaşdırmaq istəyən Turin klubu işi bitirməyə tələsir. Mənbə “ağ-qaralar”ın rəsmilərinin türkü yayda azad agent qismində heyətə qatmaq üçün yüksək əməkhaqqı təklif etdiyini vurğulayıb.
Yazılanlara inansaq, Çalhanoğlu onu rənglərinə bağlamağı hədəfləyən digər klubdan – “Atletiko”dan çox “Yuventus”a keçməkdə maraqlıdır.
Hakan “Milan”a 2017-ci ildə Leverkuzen “Bayer”indən transfer olunub. 23,3 milyon avroya alınan Türkiyə millisinin üzvü bu mövsüm çıxdığı 7 çempionat matçında 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək