Yusif Mustafayev qadınları təhqir etdi - VİDEO
“X maqazin” verilişi şou-biznes nümayəndələri arasında qadına şiddətlə bağlı sorğu aparıb.
“Minval.İnfo” xəbər verir ki, onlar arasında Əməkdar artistlər Baloğlan Əşrəfovla Yusif Mustafayevin cavabı diqqət çəkib.
B.Əşrəfov “Qadına əl qaldırmısan” sualına “Əsəbləşəndə elə olur ki, ya gərək yumruğu stola çırpasan, ya da yüngül nəsə… Yüngül şeylər olur, kişiyə yaraşmaz desin ki, “yox” etmirəm” cavabını verib.
Etiraf etməkdən çəkinən Y.Mustafayev isə “Biz sovet dövrünün insanlarıyıq. Olub desəm, məni qınayarlar. Bəlkə hələ iş də verərlər. Qorxuram söz deməyə. Amma yaxşı at özünə qamçı vurdurmaz” sözlərini deyib. Səhv cümlə qurmamağa çalışan müğənni qadınları atla müqayisə edərək onları təqhir edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rəşid Behbudovun sənəd irsi üzərində qalmaqal yaranıb
Roberto Karlos və digər futbolçular saxta diplom qalmaqalında
Epstein qalmaqalı: polis səhvləri və şahzadə Endryunun durumu
Bağçada psixotrop dərman qalmaqalı: direktor vəzifəsindən azad edildi
Səhiyyə Nazirliyində tender qalmaqalı: eyni şirkət 16 satınalma qazandı
Oksana Samoylova Ciqanı valideynlik hüququndan məhrum etmək istəyir
Eyfel qülləsinin direktoru seksizm qalmaqalına görə istefa verəcək