Netanyahu ilə görüş Yunanıstanda siyasi qalmaqal yaratdı
Yunanıstan Baş naziri Kiryakos Mitsotakis ilə İsrail Baş naziri Benyamin Netanyahu arasında Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının 81-ci sessiyası çərçivəsində keçirilən görüş Yunanıstan mediası və müxalifəti tərəfindən kəskin tənqidlərə məruz qaldı. BBC-nin məlumatına görə, bu görüş Yunanıstan hökumətinin İsrail siyasətinə dair narazılıqların artmasına səbəb olub.
Minval.info xəbər verir ki, Yunanıstanın “Militaire” müdafiə saytı görüşü “təhlükəli qucaqlaşma” kimi dəyərləndirib. Sayt, dünyada təcrid olunmuş İsrail ilə yaxınlaşmanın Yunanıstan üçün zərərli olduğunu vurğulayaraq “Dünya uzaqlaşır, biz isə qucaqlayırıq” ifadəsini işlədib.
“Ta Nea” qəzeti görüşün təxminən 30 dəqiqə davam etdiyini və İsrail, Yunanıstan və Cənubi Kipr Rum İdarəsi arasında üçlü sammitin yenidən keçirilməsi qərarının qəbul edildiyini bildirib. Yunanıstan Baş naziri Mitsotakis’in Netanyahu ilə görüşən yeganə Avropa lideri olduğu iddia edilir.
Yunan müxalifəti tənqid edir
Yunanıstanın sol müxalifəti, xüsusilə Aleksis Çiprasın rəhbərlik etdiyi Yunan Sol İttifaqı (ELAS) və Radikal Sol İttifaq (SYRIZA), hökumətin xarici siyasətini sərt şəkildə tənqid edib. Müxalifət, Netanyahu ilə yaxınlaşmanın Yunanıstan üçün zərərli olduğunu və ölkənin beynəlxalq arenada təcridə sürükləndiyini iddia edir.
ELAS, Baş nazirin Netanyahu ilə görüşməsini “üzücü” adlandıraraq, Yunanıstanın beynəlxalq siyasətdə daha çox yönlü və sülhə əsaslanan bir mövqe almasını tələb edir. SYRIZA isə Mitsotakis hökumətinin BMT-dəki çıxışını və Türkiyə ilə əlaqələrdə səmərəsiz davranışını tənqid edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Oksana Samoylova Ciqanı valideynlik hüququndan məhrum etmək istəyir
Eyfel qülləsinin direktoru seksizm qalmaqalına görə istefa verəcək
Vəfatından sonra gündəm olan etiraf: "Flora Kərimovanın məhkəmələrində..."